Fərqli həyat tərzini əks etdirən “Yacht Club Residence” Xəzər dənizinə açılan mənzərəsi və füsunkar dizaynı ilə klub formatlı lüks mənzillər təqdim edir. Unikal yerləşməsi, zəngin infrastrukturu və 7/24 konsyerj xidməti ilə seçilən 11 mərtəbəli binada cəmi 26 mənzil mövcuddur.
Binada sizi 2 ayrı giriş dəhlizi qarşılayır. 4–9-cu mərtəbələrdə yerləşən, hər biri 4 m tavan hündürlüyünə malik 2 mənzil mövcuddur. 10-cu mərtəbədə isə 4,9 m hündürlüyündə tavanı ilə fərqlənən eksklüziv penthaus yerləşir.
Mənzillər sahiblərinə sərbəst planlama imkanı tanıyır. Mənzillərdə mövcud olan vitraj qapı və pəncərələr dənizin sakitləşdirici atmosferini birbaşa mənzilinizə gətirir. Binanın fasadı İtaliya istehsalı ağ keramoqranit plitələrlə üzlənmişdir.










